<p>Naxçıvan daha bir beynəlxalq turnirə ev sahibliyi edib</p>

Naxçıvan daha bir beynəlxalq turnirə ev sahibliyi edib

22.10.2019 19:55

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 13-14 yaşlı futbolçular arasında “Naxçıvan kuboku – 95” beynəlxalq turnirinə yekun vurulub.

Turnirin son turunun oyunları Naxçıvan Muxtar Respublika Stadionunda keçirilib. Qalibin adı müəyyənləşsə də, digər mükafatçılar son turda məlum olacaqdır. Məhz buna görə də hər iki oyuna maraq olduqca böyük idi. 4 komandanın aktivində olan 3 xal beynəlxalq turnirin gərginliyindən xəbər verirdi.

İlk oyunda meydana “Rekord” və “Qaraqalpakıstan” komadaları çıxıb. Özbəkistan təmsilçisi ilk iki turda məğlub olsa da, sonrada qazandığı qələbə sayəsində mükafatçılar sırasına düşməyi son tura kimi saxlayıb. Azərbaycan klubunun isə gözlənilmədən son turda “Qarabağ”ı məğlub etməsi turnirə olan marağı xeyli artırıb. Odur ki, hər iki komanda oyuna sürətli hücumlarla başladı. Daha üstün oyun sərgiləyən “Qaraqalpakıstan” komandası rəqibin müdafiə xəttini yarmaqda çətinlik çəkmədi və görüş 6:0 hesablı qələbə ilə başa çatdı.

Günün ikinci qarşılaşmasından öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Meydana çıxan “Araz-Naxçıvan” və “Qarabağ” komandaları ilk hissədə bir neçə imkandan yararlana bilmədilər. Hətta Naxçıvan klubu 28-ci dəqiqədə rəqib qapısına təyin olunan penalti zərbəsindən istifadə edə bilmədi. Bu epizodda qapıçının sərgilədiyi oyun azarkeşlər tərəfindən alqışlarla qarşılandı.

İkinci hissədə isə “Qarabağ” hakimin təyin etdiyi penalti zərbəsini dəqiq yerinə yetirdi. Bu, oyunda vurulan tək qol oldu. Həmin qələbə sayəsində “Qarabağ” aktivindəki xalların sayını 6-ya yüksəltdi və fərdi oyunlara görə turnir cədvəlinin ikinci pilləsində yer aldı.

Turnirin yekun nəticəsinə gəlincə, Özbəkistan Respublikasının “Əndican” komandası 12 xalla ilk dəfə təşkil olunan “Naxçıvan kuboku-95” beynəlxalq turnirinin qalibi oldu. 6 xal toplayan Azərbaycanın “Qarabağ” komandası gümüş, digər özbək təmsilçisi “Qaraqalpakstan” komandası isə bürünc medal qazandı.

Beynəlxalq turnirin ən məhsuldar futbolçusu adına “Qaraqalpakstan” komandasının hücumçusu Makset Kalbayev layiq görüldü. Ən yaxşı futbolçu nominasiyasının qalibi isə “Əndican” komandasının futbolçusu Oktam Abdulmalikov seçildi. Oyunları idarə edən hakimlər təşkilatçılar tərəfindən plaketlərlərlə təltif olundular. AFFA nümayəndəsinə isə təşəkkürnamə təqdim edildi. Mükafatları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov və “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətin icraçı direktoru Kamil Yusifov təqdim etdilər.

Qalib komandalara medal və kubok, eyni zamanda nominasiyanın qalibi olan futbolçulara  “Naxtel”in xüsusi hədiyyələri təqim olunub. Turnirdə iştirak edən bütün futbolçular isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Futbol Federasiyasının hədiyyələri ilə mükafatlandırıldılar.


Nəticələr


6
0
28.03.2019 15:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Araz-Naxçıvan 0 0 0 0 0 0
2 Arpaçay 0 0 0 0 0 0
3 NDU 0 0 0 0 0 0
4 Sədərək 0 0 0 0 0 0
5 Batabat 0 0 0 0 0 0
6 Əlincə 0 0 0 0 0 0
7 Kəngərli 0 0 0 0 0 0
8 Babək 0 0 0 0 0 0
9 Dübəndi 0 0 0 0 0 0

Bombardirlər

REKLAM