<p>Seleksiya uğurla davam edir</p>

Seleksiya uğurla davam edir

09.09.2019 17:49

Mərkəzi zonanın komandası qalib olub
Naxçıvan Futbol Federasiyasının (NFF) təşkilatçılığı ilə keçirilən 13-14 yaşlı futbolçuların seçim xarakterli turnirə yekun vurulub.

Muxtar Respublika Stadionunda oynanılan Mərkəzi Zonanın qarşılaşmaları ilə turnirin ilk finalçısı bəlli oldu. Bu uğura “Araz-Naxçıvan”lı balacalar nail oldu. Digər bir tərəfdən federasiyamızın sədr müavini Sakit Rzayev və böyük məşqçisi Əsgər Abdullayev istedadlı futbolçularla bağlı qeydlərini aparıblar. Turnirin əsas məqsədi də məhz budur: Oktyabr ayında keçiriləcək beynəlxalq turnirdə Naxçıvan komandasının heyətinin müəyyənləşdirilməsi. Daha sonra isə artıq müntəzəm məşqlərlə heyət önəmli mübarizəyə tam gücü ilə hazırlanacaq.
Qeyd edək ki, Qərb Zonasının görüşləri sabah Şərur rayonunda reallaşacaq. “Şərur”, “Arpaçay”, “Sədərək” və “Kəngərli” komandalarının azyaşlı futbolçuları finala vəsiqə uğrunda mübarizə aparacaq.
Turnirdə 8 komanda olimpiya sistemi üzrə mubarizə aparıb.
Final görüşûndə "Arpaçay" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib. Görüş ikincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki komandanı əzmkar mübarizəyə görə təbrik edirik!


Nəticələr


6
0
28.03.2019 15:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Araz-Naxçıvan 16 14 2 0 54-9 44
2 Arpaçay 16 11 1 4 52-29 34
3 NDU 16 8 5 3 24-14 29
4 Sədərək 16 8 0 8 34-42 24
5 Batabat 16 6 2 8 27-30 20
6 Əlincə 16 6 1 9 35-46 19
7 Kəngərli 16 4 4 8 23-33 16
8 Babək 16 4 2 10 28-33 14
9 Dübəndi 16 2 1 13 18-43 7

Bombardirlər

İbrahim Əliyev (Arpaçay) - 18

Vüsal Əliyev (Araz-Naxçıvan) - 12

Vəli İsmayılzadə (Sədərək) - 11

Ağayev Qənbər (Əlincə) - 9

Turqay İbrahimov (Araz-Naxçıvan) - 7

Elvin Əsədullayev (Araz-Naxçıvan) - 7

Tağı Seyidov (Araz-Naxçıvan) - 7

 

REKLAM