<p>Komandamız "Heydər Əliyev Kuboku"nun qalibi olub</p>

Komandamız "Heydər Əliyev Kuboku"nun qalibi olub

08.05.2018 10:12

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federaqsiyasının birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən final qarşılaşmasında “Araz-Naxçıvan” və Naxçıvan Dövlət Universitetinin komandaları üz-üzə gəlib.

Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Azərbaycanda idman ənənələrinin əsası ümmmilli lider Heydər Əliyev tərəfindən qoyulub. İdman həm ölkənin şöhrətini ucaldan, həm də insanların sağlamlığına xidmət edən bir sahədir. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdman sahəsində həyata keçirilən dövlət siyasəti nəticəsində muxtar respublikamız mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada gənclərlə iş müasir dövrün tələbləri səviyyəsində qurulmaqla, ən yüksək səviyyədədir. Belə ki, bu gün muxtar respublikamızda güclü idman infrastrukturu yaradılıb.

Azad Cabbarov vurğulayıb ki, Naxçıvanda bütün idman növləri kimi, futbolun da inkişafı diqqət mərkəzində saxlanılır və bu istiqamətdə yeni-yeni nailiyyətlər əldə olunur. Muxtar respublikanın təkcə şəhər və rayon mərkəzlərində deyil, həmçinin kəndlərində də gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün idman zalları, meydançalar tikilir. Məqsəd muxtar respublikada yeniyetmə və gənclərin sağlam böyüməsi üçün onları idmana daha fəal cəlb etməkdir. Nazirin hər iki komandanı həlledici qarşılaşmada gözəl və baxımlı oyun sərgilədiyinə görə təbrik edirəm.

Naxçıvan Muxtar Repsublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev çıxışında qeyd edib ki, Azərbaycanda idmanın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün yaradılan müasir idman infrastrukturu respublikamızda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıb. Son illər Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsinin və idmanın inkişafına göstərilən dövlət qayğısı nəticəsində idmançılarımız ölkədaxili və beynəlxalq turnirlərdə mütəmadi olaraq uğurlar əldə edirlər. Dövlətimizin gənclərə və idmana göstərdiyi diqqət nəticəsində muxtar respublikada yeni idman qurğuları tikilərək gənclərimizin istifadəsinə verilib. Bu gün muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, kəndlərində də futbol meydançaları tikilir və yenidən bərpa olunaraq futbolçuların ixtiyarına verilir. Təqdirəlayiq haldır ki, bir çox kəndlərdə belə stadionların fəaliyyət göstərməsi gənclərin bu idman növünə olan marağını artırır.

Oyuna gəlincə, 90 dəqiqəsi qolsuz başa çatan görüşün əlavə vaxtında “Araz-Naxçıvan” komandası rəqib qapısından üç qol keçirib və “Heydər Əliyev kuboku” turnirinin qalibi olub.

Sonda hər iki komandaya diplom, kubok və hədiyyələr təqdim olunub.

 

"ARAZ-NAXÇIVAN" - NDU 3:0

(Vüsal Əliyev - 2. Tağı Seyidov)


Nəticələr


3
0
20.06.2018 11:09
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Araz-Naxçıvan 16 16 0 0 68-5 48
2 NDU 16 11 1 4 50-30 34
3 Əlincə 16 8 3 5 36-29 27
4 Dübəndi 16 6 2 8 29-36 20
5 Kəngərli 16 6 1 9 36-44 19
6 Sədərək 16 6 1 9 34-45 19
7 Babək 16 5 2 9 26-36 17
8 Arpaçay 16 5 2 9 38-45 17
9 Batabat 16 3 0 13 25-59 9

Bombardirlər

Samir Kərimov - 24 (NDU)

Turqay İbrahimov - 17 (Araz-Naxçıvan)

Tağı Seyidov - 9 (Araz-Naxçıvan)

REKLAM