<p>Futbol üzrə muxtar respublika çempionatı davam edir</p>

Futbol üzrə muxtar respublika çempionatı davam edir

03.04.2018 15:41

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatında növbəti iki turun oyunları keçirilib.
Son çempion “Araz-Naxçıvan” iddialı çıxışını davam etdirib. Belə ki, “qırmızı-ağlar” ilk olaraq 12-ci turda “Babək” komandasının qonağı olub. Rəqibi 4:1 hesabı ilə məğlub edən Naxçıvan təmsilçisi 13-cü turda da eyni uğura imza atıb. Bu dəfə onlar doğma arenada turnir cədvəlində ən yaxın izləyiciləri Naxçıvan Dövlət Universitetinin (NDU) komandasını məğlubiyyətə uğradıblar – 5:0. Bununla mövsüm ərzində 13-cü ardıcıl qələbəsini  qazanan “Araz-Naxçıvan” çempionluğa bir addım da yaxınlaşıb.
Hazırda turnir cədvəlinin ikinci pilləsi uğrunda kəskin mübarizə gedir. NDU-nin komandası “Araz-Naxçıvan”la görüşdə məğlub olaraq bir qədər işini çətinə salıb. Lakin Şahbuzun “Batabat” komandası üzərində qələbə tələbələri rahatladıb. “Əlincə” komandası isə bundan maksimum istifadə edib. Belə ki, Culfa təmsilçisi əvvəlcə doğma arenada Sədərək futbolçularını büdrədiblər – 4:0. Növbəti turda isə onlar üç xalı “Batabat” komandasını məğlub etməklə, əldə ediblər – 1:3.
“Dübəndi” komandası isə mövsüm ərzində 5-ci qələbəsini qazanıb. Onlar Kəngərlinin eyniadlı komandası üzərində minimal hesablı qələbəyə seviniblər – 1:0. Şərurun “Arpaçay” komandası isə uzun fasilədən sonra meydanı üç xalla tərk edib. Şərurlular “Babək” komandasını məğlub etməklə, rəqibi ilə xalları bərabərləşdiriblər – 6:3.
Bombardilər cədvəlinə NDU-nun forvardı Samir Kərimov başçılıq edir. Onun aktivində 20 qol var. “Araz-Naxçıvan”ın futbolçusu Turqay İbrahimov isə 15 qolla ikincidir.


12-ci tur
“Babək” – “Araz-Naxçıvan” 1:4
NDU – “Batabat” 5:0
“Kəngərli” – “Arpaçay” 3:0
“Əlincə” – “Sədərək” 4:0

13-cü tur
“Arpaçay” – “Batabat” 6:3
“Batabat” – “Əlincə” 1:3
“Dübəndi” – “Kəngərli” 1:0
“Araz-Naxçıvan” – NDU 5:0


Nəticələr


3
0
20.06.2018 11:09
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Araz-Naxçıvan 16 16 0 0 68-5 48
2 NDU 16 11 1 4 50-30 34
3 Əlincə 16 8 3 5 36-29 27
4 Dübəndi 16 6 2 8 29-36 20
5 Kəngərli 16 6 1 9 36-44 19
6 Sədərək 16 6 1 9 34-45 19
7 Babək 16 5 2 9 26-36 17
8 Arpaçay 16 5 2 9 38-45 17
9 Batabat 16 3 0 13 25-59 9

Bombardirlər

Samir Kərimov - 24 (NDU)

Turqay İbrahimov - 17 (Araz-Naxçıvan)

Tağı Seyidov - 9 (Araz-Naxçıvan)

REKLAM