<p>Muxtar respublika çempionatında növbəti turun oyunları keçirilib</p>

Muxtar respublika çempionatında növbəti turun oyunları keçirilib

16.03.2018 15:25

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatında ikinci dövrəyə start verilib.
Muxtar respublika çempionatının ilk dövrəsini lider olaraq başa vuran “Araz-Naxçıvan” ikinci dövrəyə də iddialı başlayıb. Naxçıvan şəhər təmsilçisi keçirilən hər üç turu qələbə ilə başa vurub və maksimum xalla turnir cədvəlinin lideridir. “Qırmızı-ağlar” son 3 görüşdə rəqib qapılarında 11 top keçirdiyi halda, öz qapılarının tocunulmazlığını qorumağı bacarıblar.
Bir oyun az keçirməsinə baxmayaraq, “Naxçıvan Dövlət Universiteti”nin komandası turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Tələbələr” doğma arenada Culfa təmsilçisi “Əlincə”-ni asan məğlub etsələr də, Sədərəkdə eyniadlı komanda qarşısında üç xalı çətinliklə əldə ediblər. Culfalıların universitet komandası qarşısındakı məğlubiyyəti onları ikincilikdən edib.
Cari mövsümdə azarkeşləri təəccübləndirən komandalar isə “Dübəndi” və “Sədərək”dir. Ordubad təmsilçisi son 3 oyunda aktivinə 4 xal yazdığı təqdirdə, sədərəklilər 6 xal yazmağa müvəffəq olublar. 
Ötən ilin gümüş medalçısı Şahbuzun “Batabat” komandası ikinci dövrədə yalnız 3 xal qazanıb ki, bu da onları sonuncu pillədən xilas edib. Şahbuz təmsilçisi eyni zamanda cari mövsümdə bu tura kimi qapısından ən çox qol buraxan komandadır.
Bombardilər cədvəlinə NDU-nun forvardı Samir Kərimov başçılıq edir. Hazırda onun aktivində 16 qol var. “Araz-Naxçıvan”ın hücumçusu Turqay İbrahimov isə 13 qolla ikincidir.


9-cu tur
“Sədərək” (Sədərək) - “Kəngərli” (Kəngərli) 7:2
“Araz-Naxçıvan” (Naxçıvan) – “Arpaçay” (Şərur) 3:0
“Batabat” (Şahbuz) - “Dübəndi” (Ordubad) 2:4
“Əlincə” (Culfa) - “Babək” (Babək) 2:0

 

10-cu tur
“Kəngərli” (Kəngərli) – “Batabat” (Şahbuz) 6:1
“Babək” (Babək) – “Sədərək” (Sədərək) 2:5
“Dübəndi” (Ordubad) – “Araz-Naxçıvan” (Naxçıvan) 0:3
“Naxçıvan Dövlət Universiteti” – “Əlincə” (Culfa) 6:3


11-ci tur
“Arpaçay” – “Dübəndi” 3:3
“Araz-Naxçıvan” – “Kəngərli” 5:0
“Batabat” – “Babək” 3:2
“Sədərək” – NDU 1:2


Nəticələr


2
6
08.11.2018 14:30
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Araz-Naxçıvan 8 7 1 0 29-5 22
2 Arpaçay 8 6 1 1 34-18 19
3 NDU 8 4 3 1 17-8 15
4 Sədərək 8 4 0 4 20-26 12
5 Kəngərli 8 3 2 3 18-17 11
6 Babək 8 3 1 4 20-16 10
7 Əlincə 8 3 1 4 19-21 10
8 Batabat 8 1 1 6 13-34 4
9 Dübəndi 8 0 0 8 5-30 0

Bombardirlər

İbrahim Əliyev (Arpaçay) - 13

Vəli İsmayılzadə (Sədərək) - 8

Vüsal Əliyev (Araz-Naxçıvan) - 7

Tağı Seyidov (Araz-Naxçıvan) - 6

 

REKLAM