<p>Komandamız İğdırda yoldaşlıq görüşü keçirib</p>

Komandamız İğdırda yoldaşlıq görüşü keçirib

16.02.2018 10:55

Fevralın 15-də "Araz-Naxçıvan" PFK yoldaşlıq görüşü keçirib. Naxçıvan Muxtar Respublika çempionatında yaranan fasilədən istifadə edən komandamız İğdırda yerli "Iğdır Arasspor"-un qonağı olub.

İlk dəqiqələrdə hesabda geri düçən komandamız 22-ci dəqiqədə Nicat Əsgərovun qolu sayəsində status-kvonu bərpa edib. Lakin 37-ci dəqiqədə meydan sahibləri yenidən önə keçməyi bacarıblar. 3 dəqiqə sonra Turqay İbrahimov uzaqdan mükəmməl zərbə ilə hesabı yenidən bərabərləşdirib - 2:2.

İkinci hissə komandamızın üstünlüyü şəraitində keçib. Tağı Seyidov, Cavid Həsənov və Elşad Əliyev əlverişli imkanlardan yararlana bilməyiblər. Görüşün sonuna əlavə edilmiş dəqiqələrdə meydan sahibləri qələbə qolunu vurublar.

 

"IĞDIR ARASSPOR" - "ARAZ-NAXÇIVAN" 3:2

"Araz-Naxçıvan":Rəşad Heydərov - Nicat Əsgərov, Çingiz Qurbanov, Adil Xudaverdiyev, Məhərrəm Həsənov - Vüsal Abdullayev, İbrahim Əliyev, Elvin Əsədullayev - Vüsal Əliyev, Turqay İbrahimov, Tağı Seyidov


Nəticələr


0
1
15.04.2018 14:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Araz-Naxçıvan 14 14 0 0 61-5 42
2 NDU 12 8 1 3 39-25 25
3 Əlincə 13 7 3 4 29-20 24
4 Dübəndi 12 5 2 5 21-25 17
5 Sədərək 12 4 1 7 28-36 13
6 Kəngərli 13 4 1 8 27-40 13
7 Babək 13 3 2 8 19-31 11
8 Arpaçay 12 3 2 7 23-33 11
9 Batabat 13 3 0 10 23-50 9

Bombardirlər

Samir Kərimov - 20 (NDU)

Turqay İbrahimov - 17 (Araz-Naxçıvan)

İbrahim Əliyev - 9 (Araz-Naxçıvan)

REKLAM