<p>Naxçıvanda GİN 2017-ci ilə necə yekun vurub?</p>

Naxçıvanda GİN 2017-ci ilə necə yekun vurub?

08.02.2018 16:31

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi 2017-ci ilə yekun vurub. Qurumun ötənilki fəaliyyəti barədə geniş yazı hazırlanıb. Azinforum.az həmin yazını sizə təqdim edir:

 

2017-ci ilin idman xülasəsi

Geridə qoyduğumuz ildə keçirilən idman tədbirləri bu

sahənin inkişafını bir daha sübut etdi

 

2017-ci il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi üçün bir çox əlamətdar hadisələrlə muxtar respublikada idmanın inkişafı və kütləviliyi məqsədilə 200-ə yaxın yarışlar, turnirlər təşkil etməklə uşaqları, yeniyetmə və gəncləri bu sahəyə cəlb edilməsi ilə yadda qaldı. Ötən ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə nazirlik nəinki ölkə miqyaslı yarışlarda, həmçinin beynəlxalq turnirlərdə də idmançılarımızın uğur qazanmasında müstəsna rol oynadı: il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə Azərbaycan çempionatlarında, rəsmi beynəlxalq yarışlarda – dünya və Avropa çempionatları və birinciliklərində, kubok yarışlarında idmançılarımız parlaq qələbələr qazanmaqla, Naxçıvanda idmana və idmançılara olan diqqət və qayğının yüksək dərəcədə olduğunu bir daha sübut etdilər.

 

Ölkədaxili və beynəlxalq turnirlər

Geridə qoyduğumuz ilin ilk aylarında karateçilərimizin çıxışı 2017-ci ilin uğurlu olacağıdan xəbər verirdi. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında karate-do üzrə klublararası beynəlxalq turnirdə tatami üzərinə çıxan idmançılarımız 5 müxtəlif əyyarlı medal qazanıblar. İl ərzində idmançılarımız Gürcütanın Tiblisi, Türkiyənin Ərzurum, Rusiyanın Krım, Ukraynanın Dnepr və İranın Urmiya şəhərlərində keçirilən beynəlxalq turnirlərdə muxtar respublikanın layiqincə təmsil ediblər. Ardınca bu uğurlu estafeti boksçularımız İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətində keçirilən beynəlxalq turnirdə davam etdiriblər – 5 medal. Bu, 2017-ci ildə dəri əlcək sahiblərimizin qazandığı tək uğur deyil. Belə ki, boksçularımız Bakı şəhərində gənclər arasında keçirilən Azərbaycan birinciliyidə IX “Böyük İpək Yolu” və IV İslam Həmrəylik Oyunlarında, Türkiyənin İğdır şəhərində keçirilən beynəlxalq turnirlərdə fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. Sərbəst güləşçilərimiz isə İranın Urmiya şəhərində komanda hesabında bu uğura imza atıb. Bu uğurla kifayətlənməyən Güləş Federasiyasının yetirmələri ölkəmizin müxtəlif bölgələrində keçirilən yarışlarda, eləcə də Türkiyənin Sakarya şəhərində cüdo üzrə beynəlxalq turnirdə muxtar respublika idmanını layiqincə təmsil ediblər.

Bununla yanaşı, 2017-ci ildə şahmatçılarımız, yüngül atletlərimiz və paralimpiyaçılarımız çıxış etdikləri turnirlərdə Naxçıvana əliboş qayıtmayıblar. Xüsusilə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon Ağır Atletika bölməsinin yetirməsi Tərminxan Babayevin 6 dəfə Avropa rekordunu təkrarlaması nəinki Avropa, hətta dünya atletikasında da böyük ajiotaj yaratdı.

Yəqin ki, Şərq Döyüş Sənəti Federasiyasını “ilin federasiyası” adlandırsaq yanılmarıq. Federasiyada rəhbərliyində aparılan dəyişikliklərdən sonra 2017-ci ildə idmançılar çıxış etdikləri bütün turnirlərdə böyük uğura imza atıblar. İlk olaraq, Bakı şəhərində kikboksinq üzrə XXIII Azərbaycan çempionatı, Sumqayıt şəhərində gənclər, yeniyətmələr və kişilər arasında MMA üzrə  Sumqayıt şəhər açıq birinciliyi və ölkə çempionatı, Hövsan Olimpiya İdman Kompleksində Qarışıq Döyüş Növləri üzrə ( MMA) Azərbaycan çempionatı, Bakı şəhərində MMA üzrə Azərbaycan çempionatı, Hövsan Olimpiya İdman Kompleksində grappling MMA idman növü üzrə Bakı kuboku uğrunda birinciliyi və  Peşəkarlar arasında universal döyüş növləri üzrə Azərbaycan birinciliyində 20-dən çox müxtəlif əyyarlı medal qazanan idmançılarımız beynəlxalq turnirlərdə də uğurlu çıxış ediblər. Belə ki, Bakı şəhərində keçirilən tempo üzrə II  Asiya çempionatında Səyyad Məmmədov, Heydər Quliyev, Kikboksinq üzrə Türkdilli dövlətlər arasında beynəlxalq turnirində Ruslan Musayev (həmçinin Macarıstanın Budapeşt şəhərində kikboksinq üzrə Dünya çempionatında),  Bakı şəhərində keçirilən qarışıq döyüş növləri üzrə beynəlxalq turnirdə  Fərid Məhərrəmov,  Rəzzaq Əliyev, Tağı Məmmədov, Bakı Əloyunları sarayında  Groppling idman növü üzrə dünya çempionatında Fərid Məhərrəmov, peşəkarlar arasında universal döyüş növü üzrə beynəlxalq turnirində isə  Rəzzaq Əliyev bütün rəqiblərini  üstələməyi bacarıblar.

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə

həsr olunmuş yarışlar

Hər il olduğu kimi, 2017-ci ildə də ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş turnirlər keçirildi ki, boks, kikboksinq, güləş və digər idman növləri üzrə keçirilən bu turnir və yarışlarda beş minə yaxın idmançı mübarizə aparıb.

Ulu öndərin anadan  olmasının  94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku”  uğrunda “Əlincəqala” tarixi abidəsinə yürüş və karate-do üzrə  Naxçıvan Muxtar Respublikası açıq çempionatı ilin yadda qalan yarışlarından oldu.

Kollektiv idman növlərindən olan voleybol, basketbol, futbol və peyntbol üzrə muxtar respublika birinciliklərində 200-ə yaxın idmançı iştirak etməklə bu idman növlərinin geniş yayıldığını bir daha nümayiş etdirdilər. Həmçinin, may ayı ərzində paralimpiyaçılar arasında futzal, ali və orta ixtisas təhsil müəsissələrinin tələbələri arasında kross qaçışı üzrə muxtar respublika turnirləri də təşkil edilib.

Keçirilən yerli turnirlərlə yanaşı, muxtar respublika ulu öndərin ildönünmə həsr olunmuş beynəlxalq və ölkədaxili turnirlər də ev sahibliyi edib. Artıq ənənə halını alan “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında  9 ölkədən 302 şahmatçı mübarizə aparıb. 80 şahmatçımızın iştirak etdiyi festivalda  C qrupunda 12 yaşadək şahmatçılar arasında Seyid Hüseyn qalib adını qazanıb. 3-7 may tarixlərdə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş pouerliftinq və bench-press idman növü üzrə beynəlxalq turnirdə isə 14 idmançımızın böyük uğura imza atıb. Naxçıvan Muxtar Respublika Stadionunda ümummilli liderin xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” turnirində mübarizə aparan “Araz-Naxçıvan” komandası üçüncü olub.

Boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində  4 dəri əlcək sahibimiz mükafatçılar sırasına düşüb.

 

Kollektiv idman növləri

 “10-17 noyabr – Beynəlxalq tələbə gənclər həftəsi”nə həsr olunmuş  ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında keçirilən bir sıra yarışlarla yanaşı, geridə qoyduğumuz il daha bir məqamla yaddaşlara həkk olundu. 2017-ci ildə individual idman növləri ilə yanaşı, muxtar respublikada kollektiv idman növlərinin geniş yayılması və bu idman növləri üzrə daha çox turnirlərin, yarışların təşkil edilməsi diqqətdən yayınmadı. Basketbol Federasiyası yoldaşlıq görüşləri ilə yanaşı, federasiya nazirliklə birgə muxtar respublika birinciliyi təşkil etdi və bu birinciliklərdə, ümumilikdə, 250-yə yaxın idmançı qalib uğrunda mübarizə apardılar. Həmçinin, Voleybol Federasiyası da il ərzində 10-dan çox yoldaşlıq görüşü və yarışlar təşkil etməklə, bu sahənin inkişafına öz tövhəsini vermiş oldu. 2017-ci ildə Atıçılıq Federasiyası da Gənclər və İdman nazirliyinin tədbirlər planına əsasən, bu növün inkişafı, kütləviliyi üçün müəyyən işlər görüb. Federasiya məktəblilər arasında peyntbol üzrə Naxçıvan şəhər birinciliyi, vətənin müdafiəsinə haziram poliatlon çoxnövçülüyü üzrə ümumtəhsil məktəbləri arasında muxtar respublika üzrə zona birinciliyi təşkil edib ki, bu yarışlarda 200-dən çox idmançı qüvvəsini sınayıb. Paralimpiya federasiyası isə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş vətəndaşların iştirakı ilə şəhər və muxtar respublika birincilikləri  keçirməklə, sağlamlıq imkanları məhdud insanlara diqqət və qayğının hər zaman nəzərdə olduğunu nümayiş etdiriblər. Ümumilikdə, 2017-ci ildə keçirilən kollektiv idman növlərində 2000-ə yaxın idmançı iştirak edib.

Bunlarla yanaşı, İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan  çempionatının final mərhələsi keçirildi və Naxçıvan Muxtar Respublikasının volebol üzrə yığma komandası üçüncü yerə layiq görüldü. Həmçinin, bu kompleksdə məhdud fiziki imkanlı şəxslər arasında armrestlinq idman növü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi də təşkil edildi.

Muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliklərinə start verildi. Geridə qoyduğumuz il ilk dəfə olaraq Şərur  Olimpiya- İdman  Kompleksində  Naxçıvan Muxtar Respublikası Şərq  Döyüş Sənəti Federasiyası idmançılarının və  məşqçi müəllimlərinin Bakı şəhərindən dəvət olunmuş  Beynəlxalq  dərəcəli  hakim, yeniyetmələrdən ibarət kikboksinq üzrə yığma komandanın məşqçisi  Elnur Alıyev və məşqçi köməkçisi Camal Məmmədovun iştirakı ilə təlim – məşq toplanışı təşkil olundu. İl ərzində federasiyaların idmançılar üçün Bakı şəhərindən dəvət olunmuş məşqçilər tərəfindən seminarlar keçirildi.

Marifləndirici tədbirlər çərçivəsində gənclərin intellektual qabiliyyətinin inkşafına yönəldilən və il ərzində mütamadi olaraq davam etdirilən “Nuh yurdu”, “Xəmsə”, ”Kim? Nə? Hara?”, “Nə? Harada? Nə zaman? ”, “Axtar – tap ”, “Vətəni tanı”, “İntellektul gənc” kimi bilik yarışmaları da gənclər tərəfindən böyük maraqla qarşılanmış və bu tədbirlərdə minlərlə gənc iştirak edib. Eyni zamanda qalib iştirakçıların Bakı şəhərində keçirilən “Azərbaycan İntellektual Birincisi” layihəsinin final mərhələsində və yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyununun V Azərbaycan Çempionatında iştirakı təmin edilib. Komandalarımız “Nə? Harada? Nə zaman?” və “Vətəni tanı” intellektual oyunlarda III yerə layiq görülüb.

İndividual idman növləri

Kollektiv idman növlərindən fərqli olaraq, müasir idmanda fərdi növlərə üstünlük verən idmançıların sayı daha çoxdur. Elə muxtar respublikada da individual növlərə maraq gündən-günə artmaqdadır. Bəs geridə qoyduğumuz ildə Naxçıvanda hansı fərdi idman növləri üzrə hansı yarışlar keçirilib? Qısa xülasə…

Şərq döyüş sənəti. Bu federasiyanın cari ildə gördüyü işləri qənaətbəxş hesab etmək olar. Çünki federasiya nazirliklə birgə bu idman növlərinin inkişafı üçün daim turnirlər təşkil etdi və kütləviliyə nail olmaq üçün muxtar respublikanın bütün rayonlarında yarışlar keçirildi. Bu yarışlardan MMA, kikboksinq idman növləri üzrə müxtəlif respublika birinciliklərini, taekvando üzrə Naxçıvan şəhər açıq birinciliyini xüsusi qeyd etmək lazımdır. Federasiyanın həmçinin, geridə qoyduğumuz il ərzində muxtar respublikanın bir neçə kəndində bölməsi fəaliyyət başlayıb.

Boks. Federasiya nazirliyin tədbirlər planına əsasən, muxtar respublikada keçirilən boks yarışlarında, ümumilikdə, 300-dən artıq dəri əlcək sahibi iştirak edib.

Güləş. Güləş Federasiyası 2017-ci il ərzində keçirdiyi şəhər və muxtar respublika birinciliklərində 300-dən artıq pəhləvan qüvvəsini sınayıb.

Şahmat. Geridə qoyduğumuz ili Şahmat Federasiyası üçün uğurli il hesab edə bilərik. 12 ay ərzində federasiya nazirliklə birgə bir çox yarışlar təşkil etdi ki, Naxçıvan Şahmat Mərkəzində Məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə Şahmat Mərkəzinin tempo turnirini, Naxçıvan şəhər Şahmat Mərkəzində 18 yaşadək  sağlamlıq  imkanları məhdud uşaqlar arasında şahmat üzrə muxtar respublika birinciliyini xüsusilə qeyd etməliyik.

Karate-do. Federasiyası 2017-ci ildə bir çox yarışların keçirilməsinə imza atıb. Daha çox beynəlxalq turnirlər uğur qazanan idmançılar muxtat respublika daxilində keçirilən yarışlarda da qüvvələrini sınadılar. Culfa və Şərur rayonlarında şəhər və rayon komandaları arasında keçirilən yoldaşlıq görüşləri, Culfa rayonunda Karate-do üzrə Naxçıvan şəhər və Culfa rayon komandaları arasında 8 yaş kateqoriyasında  yoldaşlıq görüşü, karate-do üzrə texniki seminar keçirməklə bu idman növünün muxtar respublikanın bütün regionlarında inkişaf etdiyini bir daha göstərdi.

Digər növlər. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, demək olar ki, hər ay yarışlar, turnirlər təşkil etməklə gənclərin bu sahəyə axınını sürətləndirmiş oldu. Geridə qoyduğumuz ildə keçirilən tir atıcılığı, atıcılığın stend növü, pauerliftinq, qızlar arasında üzgüçülük, peyntbol, velosiped yarışı, stolüstü tennis üzrə şəhər və rayon, həmçinin muxtar respublika birincilikləri idmana olan marağı daha da artırdı.

Geridə qoyduğumuz ildə naxçıvanlı idmançılar dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə mükafatlar qazanmaqla, idmana göstərilən diqqətin hədər yerə getmədiyini bir daha sübuta yetiriblər. Belə ki, 2017-ci il ərzində Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 129 , beynəlxalq miqyaslı turnirlərdə 89 , dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 1, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, IV İslam həmrəyliyi oyunlarında 1 medal olmaqla, ümumilikdə muxtar respublikadan kənar yarışlarda 240 medal qazanıblar. Qeyd edək ki, bu nəticə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur.


Nəticələr


0
1
18.09.2018 22:49
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Araz-Naxçıvan 0 0 0 0 0 0
2 NDU 0 0 0 0 0 0
3 Əlincə 0 0 0 0 0 0
4 Dübəndi 0 0 0 0 0 0
5 Kəngərli 0 0 0 0 0 0
6 Sədərək 0 0 0 0 0 0
7 Babək 0 0 0 0 0 0
8 Arpaçay 0 0 0 0 0 0
9 Batabat 0 0 0 0 0 0

Bombardirlər

REKLAM