<p>4 görüşdə 4 qələbə</p>

4 görüşdə 4 qələbə

20.10.2017 10:50

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatında 4-cü tura yekun vurulub.

Üç mövsümdür, çempionluq titulunu əlində saxlayan “Araz-Naxçıvan” cari ildə də iddaialı olduğunu nümayiş etdirməkdədir. Maraqlısı odur ki, Naxçıvan şəhər təmsilçisi keçirdiyi 4 görüşün hər birində rəqib qapılarından 5 top keçirib. 3-cü turda “Kəngərli” komandasının qonağı olan “qırmız-ağlar” 5:2, “Babək” komandasını isə 5:0 hesablı məğlubiyyətə uğradıb.

Yeni mövsümündə baxımlı oyun nümayiş etdirən “Babək” komandası isə turnir cədvəlində ilk üç pillədə qərarlaşan komandalardan biridir. Belə ki, babəklilər “Batabat” komandasını məğlub etməklə, xal ehtiyatını 7-yə yüksəldib. Bu xala sahib Naxçıvan Dövlət Universiteti komandası isə bir oyun az keçirib. Onlar 3-cü turda “Sədərək” komandasının qapısında 5, (5:0), səfərdə isə “Batabat” komandasının qapısında 6 top (1:6) keçiriblər.

Ötən mövsümün autsayderi “Dübəndi” komandası isə əldə etdiyi uğurlarla hamını təəccübləndirməkdə davam edir. Doğma meydanda “Arpaçay” komandasını quru hesabla məğlub edən (3:0) ordubadlılar turnir cədvəlinin üst pillələrinə yüksəlməkdədir. Cari mövsümdə “Araz-Naxçıvan” komandası ilə yanaşı məğlubiyyət acısı dadmayan digər komanda “Əlincə”dir. Culfa təmsilçisi son turda sədərəkli həmkarlarını səfərdə büdrədib – 2:4.

Cari mövsümün autsayderi isə “Batabat” komandasıdır. Şahbuz təmsilçisi keçirdiyi 4 görüşün hamısında məğlub olub.

 

Naxçıvan Muxtar Respublika Çempionatı

III turun nəticələri

 

“Dübəndi” (Ordubad) – “Arpaçay” (Şərur) 3:0

“Kəngərli” (Kəngərli) – “Araz-Naxçıvan” (Naxçıvan) 2:5

“Babək” (Babək) – “Batabat” (Şahbuz) 4:1

Naxçıvan Dövlət Universiteti – “Sədərək” (Sədərək) 5:0

 

IV turun nəticələri

“Araz-Naxçıvan” – “Babək” 5:0

“Batabat” – NDU 1:6

“Arpaçay” – “Kəngərli” 5:2

“Sədərək” – “Əlincə” 2:4


Nəticələr


5
0
18.10.2018 15:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Araz-Naxçıvan 5 5 0 0 19-0 15
2 Arpaçay 5 4 1 0 23-6 13
3 Babək 4 3 1 0 13-3 10
4 NDU 4 2 2 0 8-2 8
5 Kəngərli 4 1 1 2 6-9 4
6 Əlincə 5 1 1 3 6-15 4
7 Sədərək 4 1 0 3 6-14 3
8 Dübəndi 4 0 0 4 0-13 0
9 Batabat 5 0 0 5 8-27 0

Bombardirlər

Vüsal Əliyev (Araz-Naxçıvan) - 6

Tağı Seyidov (Araz-Naxçıvan) - 6

İbrahim Əliyev (Arpaçay) - 5

REKLAM