<p>“Araz Naxçıvan”ın yeni transferi Latviyadan gəlir!</p>

“Araz Naxçıvan”ın yeni transferi Latviyadan gəlir!

16.06.2014 11:40

Legioner qadağası “Araz Naxçıvan”ın məşqçilər korpusunun əl-qolunu tamamilə bağlayıb. Ona görə də “Araz Naxçıvan” heyətini tamamilə yerli futbolçulardan və ya Azərbaycanla bağlılığı olan futbolçulardan qurmalıdır.


Buna qədər Qərib İbrahimov, Emin Cəfərquliyev, Cahangir Həsənzadə və Ruslan Nəsirli ilə anlaşan “Araz Naxçıvan”ın növbəti transferi hücumçu olacaq. Belə ki, baş məşqçi Əsgər Abdullayev milli komandamızın sabiq üzvü Vüqar Əsgərovu gətirir.
“Sumqayıt”dan ayrıldıqdan sonra Latviyaya getmiş Vüqar Əsgərov sabah (bu gün) Azərbaycanda olacaq. 29 yaşlı hücumçu ilə Naxçıvan klubunun 1 illik müqavilə imzalayacağı gözlənilir. Vüqar əməkdaşımızla az öncəki söhbətində də bu məsələni inkar etməyib:
“Bəli, Azərbaycana gəlirəm. Sabah inşallah vətəndə olacağam. İki gün içində hər şey bəlli olacaq. Mən Azərbaycanda yenidən oynamağı çox istəyirəm”.
Qeyd edək ki, Əsgərov Latviyada “Metallurq”, “Elqava”, “Yurmala” kimi klublarda çıxış edib. Hücumçu bir müddət Azərbaycan yığmasına da dəvət alıb.


Nəticələr


6
0
16.11.2017 14:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Araz-Naxçıvan 8 8 0 0 41-4 24
2 NDU 8 5 1 2 26-16 16
3 Əlincə 8 4 3 1 17-12 15
4 Babək 8 3 2 3 12-13 11
5 Dübəndi 8 3 1 4 13-17 10
6 Sədərək 8 2 1 5 15-26 7
7 Kəngərli 8 2 1 5 16-26 7
8 Arpaçay 8 2 1 5 14-25 7
9 Batabat 8 2 0 6 16-30 6

Bombardirlər

Turqay İbrahimov - 11 (Araz-Naxçıvan)

Samir Kərimov - 11 (NDU)

İbrahim Əliyev - 6 (Araz-Naxıvan)

 

REKLAM