Uşaq futbolu

 

 usq

Naxçıvanda uşaq futbolu hər zaman böyük uğurlara imza atıb. Hələ “Araz”ın keçmiş vaxtlarında komandanın əsasını məhz Naxçıvan futbolunun yetişdirdiyi futbolçular təşkil edib. Odur ki, uzun illər muxtar respublikanın böyük futboldan kənar qalmasına baxmayaraq, yenə yerli məşqçilər uşaq futbolunu diqqətdə saxlamayıblar. Bu müddət ərzində blokada vəziyyətində olan muxtar respublika futbol məktəblərinin yetişdirdiyi oyunçular Azərbaycanın bir çox komandalarında forma geyinir. Bununla yanaşı, yetişdirilən uşaqlar Premyer Liqa klublarımızın uşaq akademiyalarından təkliflər alır və onlarln heyətində çıxış edirlər.
2013-cü ildən çıxışını bərpa edən “Araz-Naxçıvan” futbol komandası artıq uşaq futboluna böyük yer ayırıb. Komandanın tərkibində “Araz-2” yaradılıb ki, hazırda Naxçıvan Muxtar Respublikasının daxili çempionatında iştirak edirlər. Məqsəd isə “qırmızı-ağlar” üçün yeni futbolçular yetişdirmək və ötən illərdə olduğu kimi komandanın tərkibini yalnız naxçıvanlı futbolçulardan təşkil etməkdir.
İndi muxtar respublikada uşaq futbolunun inkişaf etməsi üçün bir çox tədbirlər planı hazırlanır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan belə proqramlardan biri də 2014-2017-ci illəri əhatə edir. 3 il ərzində qarşıya qoyulan əsas hədəf minimum halda əsas komandaya 10 futbolçu bəxş etməkdir. Hazırda Naxçıvan və muxtar respublika tərkibində olan rayonlarda 500-ə yaxın uşaq futbolun sirlərini öyrənir və bu 3 il ərzində ildə 4 dəfə olmaqla seleksiya işləri aparılacaq. İstedadlı gənclər yaş qruplarına bölünəcək və onlar elit məşqçilərin rəhbərliyi altında məşq edəcəklər. 3 ilin tamamında isə seçilən uşaqlar əvəzedici heyətə cəlb olunacaqlar.

 

 

 

Nəticələr


6
0
16.11.2017 14:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Araz-Naxçıvan 8 8 0 0 41-4 24
2 NDU 8 5 1 2 26-16 16
3 Əlincə 8 4 3 1 17-12 15
4 Babək 8 3 2 3 12-13 11
5 Dübəndi 8 3 1 4 13-17 10
6 Sədərək 8 2 1 5 15-26 7
7 Kəngərli 8 2 1 5 16-26 7
8 Arpaçay 8 2 1 5 14-25 7
9 Batabat 8 2 0 6 16-30 6

Bombardirlər

Turqay İbrahimov - 11 (Araz-Naxçıvan)

Samir Kərimov - 11 (NDU)

İbrahim Əliyev - 6 (Araz-Naxıvan)

 

REKLAM